Ukraynada güclü və mütəşəkkil diasporumuz mövcuddur.


Bir insan üçün vətən anlayışı beşikdən başlayır. Azərbaycan adlı bir məmləkət bizim ana vətənimizdir. Bu torpaqda doğuluruq, böyüyürük, yaşadırıq, yaradırıq və ölürük. Amma hər hansısa bir səbəbdən biz bəzən vətəndən ayrı düşürük.
“Qəribçilik” anlayışı bizim bir çoxumuza məlumdur. Bu çox çətin və darıxdırıcı bir hissdir. Hələ vətənə çox bağlı olan bir insana bu daha çox çətindir.
Bildiyimiz kimi dünyanı cənginə alan Koronavirus pandemiyası çoxlu sayda insanın ölümünə səbəb oldu. Ölkədən qıraqda olan soydaşlarımızı bu məsələ daha çox narahat edirdi, çünki yad və qərib ölkədə bu ölümcül virus ilə baş-başa qalmaq qorxusu çox çətindir. Lakin respublikamızı təmsil edərək bir sıra xarici ölkələrdə fəaliyyət göstərən səfirlik, konsulluq və digər qurumlar soydaşlarımıza dəstək oldu. Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları radasını misal göstərə bilərəm.

Ukrayna Azərbaycanlıları Radasının (UAR) mərkəzi ofisində operativ qərargahı təxliyyə gözləyən soydaşlarımıza lazimi səviyyədə dəstək olurdu.Bir jurnalist olaraq operativ qərargahın rəhbərliyinin soydaşlarımıza etdikləri hər cür dəstəyin şəxsən şahidi oldum və bunu ictimailəşdirməyə özümə borc bildim. Qərargahın rəhbər heyətində yer alan Hikmət Cavadov (Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri) ,
Murad Cəfərov (UABD-nin sədr müavini), Fuad Əliyev (Real tv-nin Ukrayna bürosunun xüsusi müxbiri) , Daməd Əsgərov (Bütövukrayna Azərbaycanlıları Gənclər təşkilatının sədri) daim soydaşlarımızın yanında olaraq köməklərini əskik etməmişdilər.
Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov baş verən məsələləri daim nəzarətdə saxlamışdır.
Və eyni zamanda Ukrayna-da yaşayan Azərbaycanlılar-da diaspora dəstəyini mütləq vurğulmalıyıq. Oqtay Əfəndiyev,İlqar Abbasov,Arzum Məhərrəmov, Mətləb Mustafayev, Həzi Aslanov, Fuad Əliyev, Anar Ələkbərov, Faiq Hüseynov,Elmxan Mahmudov,Vüsal Allahverdiyev, Rüfət Süleymanov, Nurəli Məmmədov, Akif Dadaşov, Ruslan Zeynalov, Mükafat Əskərov, Fəhmin Hacıyev, Azad Əliyev,Fərid Babayev,Sunay Şirinov,Murtuz Ələskərov, Araz Quliyev və Sokar Ukrayna şirkətinin rəhbərliyi,şəxslərə göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm.
Hal hazırda vətəndəyəm və bu mənim üçün böyük xöşbəxtlikdir. Mənim üçün Vətən anlayışı beşikdən başlayıb və məzarda bitəcək.
Vətəndən qıraqda olan soydaşlarımıza demək istərdim ki, “ Biz daim sizinləyik! Vətənə sağ salamat qayıdın.”

Müəllif: Bəylər Abbaslı