“Uğurlu gələcəyimizin nişanələri”


Nurlana Əliyevanın Gənclər Günü ilə bağlı Kanal20.az saytına verdiyi müsahibəni sizə təqdim edirik.
Əziz gənclər, Gənclər Günü münasibətilə sizi təbrik edirəm. Sizlərə can sağlığı arzu edirəm. Diləyirəm ki, gəncliyinizi elə yaşayasınız ki, bu gənclik sizin gələcəyinizə mane olmasın. Sizə ugurlar, yalnız irəli və iri addımlar arzu edirəm. Bir neçə mükafata, medala, fəxri fərmanlara layiq görülməyim yəqin ki, zamanımı dəyərli keçirməyimdən irəli gəlib. “Mən işləyirəm, vaxtım yoxdur” heç vaxt deməmişəm. İnsanlarla xoş münasibət, mərhəmət, xeyriyyə işlərim, millətimə olan sevgimdən irəli gələrək daha çox çalışmağım mənə uğur qazandırır..Bunları deməkdə məqsədim, sizlərə tövsiyyəmdir. Zaman dəyərlidir, onu boşuna xərcləməyin. Hər bir işin başlanğıcı isə savaddır. Savadlı, düşüncəli, cəmiyyətə layiqli, lazimi gənc olmanızı sizlərə diləyirəm.Bu gün qızım Fidan da məni sevindirdi. Mən Binəqədi rayon İcra hakimiyyətinin icra başçısı , şəxsən Elxan Allahverdiyevə təşəkkürümü bildirirəm. Binəqədi rayonunda olan məktəblərə və məktəblilərə göstərdiyi diqqətə görə minnətdaram. Gənclər Günündə Binəqədi rayonu İcra hakimiyyətinin qızım Fidan Əliyevaya verdiyi təşəkkürnaməyə görə təşəkkür edirəm. Bu təşəkkürnamə qızımın sevincinə və bilik qazanmaq həvəsinə səbəb oldu. Bu elmə verilən diqqətin və dəyərin nümunəsidir. Nümunəvi rayon olan Binəqədi rayonuna uğurlar diləyirəm.