Sahil Babayev Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünü kəsdi: “Göstəriş nazirlikdən gəlib” – ÖZƏL


“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 ildən artıqdır  erməni girovluğunda  saxlanlılan Dilqəm  Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın  təqaütü kəsilib.” 
Bu fikirləri  Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov 7NEWS.az saytının bölgə müxbirinə bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı ƏƏSMN nin Şəmkir rayonunda yerləşən 20 saylı Region Üzrə Dövlət Əmək Müfəttişliyində olub.
“Mənə dedilər ki, anamın təqaütünün kəsilməsi ilə bağlı göstəriş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gəlib. İndi mən nazir  Sahil Babayevə müraciət edirəm. Niyə 6 ildən artıqdır erməni əsirliyində olan Dilqəm Əsgərovun həyat yoldaşının 220 manatı kəsilib? Axı dövlət başçısı dəfələrlə şəhid, qazi və girov ailələrinə diqqət və qayğı ilə yanaşılması istiqamətində tapşırıqlar verib. Məmurların vətəndaşlara yaxın olmasını tapşırıb. Təəssüf ki, bu tapşırıqlar yerlərdə yerinə yetirilmir. Görünür Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənim anama verilən 220 manata ehtiyacı var” – deyə K.Əsgərov bildirib.
Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı.Kanal20.az