Şəhid anasının köməyə ehtiyacı var


Bu dəfə acınacaqlı ailə yaşayışı sıradan bir ailənin deyil,hər zaman dəyər verib uca tutduğumuz şəhid ailəsinin görüntüləridir.Bəli şəhid Emin Hacıbəyov 2003ci ildə fevral ayında müdafiə nazirliyi tərəfindən təltif olunub.Bir ay sonra yəni həmən ilin aprel ayında Fizuli rayonun Alxanlı kəndi uğurunda döyüşdə şəhid olub.Məzarı Sumqayıt şəhidlər xiyabanında yerləşir.Şəhidin anası ağır xəstə olduğundan əməliyyatına 5000manat vəsait lazımdır.Ailənin vəziyyəti göründüyündən dahada acınacaqlıdır.Azərbaycan xalqından bu qəlbi yaralı ananın ayaqlarını sağaltmaq üçün üz tutub xahiş edirik.Vətənin torpağları uğrunda böyüdüb boya başa çatdırdığı övladını,torpağa tapşıran ananın dərdinə dərman ancaq bu vətənin Övladları ola bilər.!