Şəhid ailələri və qaziləri daim dövlətimizin diqqət mərkəzindədir


Müstəqil Azərbaycan Dövləti hər zaman hər bir çətin anda vətəndaşının yanında olmuş, Dövlət tərəfindən vətəndaşa hərtərəfli qayğı göstərilmiş, bu siyasət bu gündə davam etdirilir.
Nadir Quliyev bildirmişdir ki, bu gün də Ölkə başçısı Prezident Cənab İlham Əliyevin göstəriş və sərəncamına əsasən vətənin müdafiəsi uğrunda Şəhid olmuş minlərlə oğullarmızın xatirəsi daim uca tutulur, onların ailə üzvləri hərtərəfli dövlətimizin qayğısı ilə əhatə olunmuşdur. Vətənin müdafiəsində qəhrəmancasına həlak olmuş və yaxud əlil olmuş şəxs dövlətimiz tərəfindən birmənalı olaraq bu qayğıdan kənar qalmır. Bu bir növ insan kapitalına verilən ən böyük dəyər kimi başa düşülməlidir. Ölkə başçısı Cənab İlham Əliyevin siyasi iradəsi sayəsində hər bir sahədə məqsədyönlü inkişaf davam etdirilir, insanların qayğısına qalmaqla yanaşı hər bir vətəndaşın probleminin həlli istiqamətində mühüm işlər görülür.Şəhidlərin ailə üzvləri də vətəndaş olaraq özünü daim dövlətin qayğısı əhatəsində hiss etmiş. Hər bir çətin anında dövlətinin yanında olmasından, vətəndaşına arxa-dayaq olmasından qürur duymuşdur. Xüsusilə son dövrlərdə Heydər Əliyev Fondu tərəfindən yüzlərlə Qarabağ qazisinin müalicəsinə dəstək göstərilmiş, həttda onların xaricdə belə müalicəsinə maddi yardım olunmuşdur. Bununla yanaşı Heydər Əliyev Fondunun Prezidenti, Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Şəhid ailələrinin problemləri daim diqqətdə saxlanılaraq onlara Fondun vəsaiti hesabına ev verilmiş, şəhid oğullarımızın övladlarının təhsil haqqı ödənilmiş. Şəhid ailələri üçün çoxmənzilli bina tikilərək Şəhidlərin ailə üzvlərinə təqdim olunmuşdur.
Vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Şəhid alilərinin üzvləri ilə yaxından maraqlanmaq üçün onların evində qonaq olmuş Şəhid anaları ilə görüşmüş, onları bir-bir bağrına basaraq onların kədərinə şərik olduğunu səmimiyətilə bildirmişdir.
Yaşdığım Sabirabad rayonunda da bu qəbildən olan insanlar dövlətimizin diqqət mərkəzindədir. Rayonumuz üzrə birinci vətən müharibəsində 226 şəhid, ikinci vətən müharibəsində isə 44 şəhid vermişdir. İkinci vətən müharibəsində isə 185 yaralı qazilərimiz olmuşdur. Hal-hazırda rayon üzrə birinci vətən müharibəsi veteranları və şəhid ailələri mənzillə təmin olunub və onların sosail-məişət məslələri dövlətimiz tərəfindən diqqət mərkəzində daim saxlanılıb. Birinci vətən müharibəsində şəhidlik zirvəsinə ucalan insanların da ailələrinə bir dəfəlik siğorta pulu (on bir min) manat ödənilib. Yeni çoxmənzilli binalar və fərdi evlər tikilib.
İkinci vətən müharibəsi şəhidlərinin də ailələri yenədə dövlətimiz tərəfindən diqqət mrəkəzindədir. Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə şəhid ailələri və qazilərinin sosial və digər problemlərinin həll olunmasına dəstək üçün “YAŞAT” fondu yaradılıb. Fondun nümayəndələri rayonumuzdan olan ikinci vətən müharibəsinin şəhid ailələri ilə görüş keçirib onların problemləri yerindəcə öyrənilib. Bu gün kü tarixə qədər 4 şəhid ailəsinin müəyyən olunmuş zəruri ehtiyacların qarşılanması üçün dörd şəhid ailəsinə maddi köməklik göstərilib və bu proses davam etməkdədir. 8 ailənin müayinə və müalicəsi fond tərəfindən həyata keçirilib və keçirilməkdədir. Bütün bunlar dövlətimizin şəhid ailələrinə və qazilərinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Vətənin müdafiəsi uğrunda həlak olan hər şəhid öz ölümü ilə ölümsüzlük qazanır, hər bir vətəndaşa vətənpərvər olmağı öyrətməklə yanaşı, milyonlarla insanın qəlbində qəhrəman adını yazmışdır.
Allah vətən uğrunda Şəhid olmuş oğullarmıza rəhmət eləsin!

Kanal20.az Nadir Quliyev, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi