Qarabağ müharibəsi veteranları tərəfindən Ali Baş Komandana müraciət



Azərbaycan Respublikasının prezidenti və ali baş komandanı İlham Əliyev cənablarına,Qarabağ müharibəsi veteranları tərəfindən müraciət; Cənab Ali Baş Komandan,biz Qarabağ müharibəsi veteranları:
1.Elxanan Raziel Shah-Dağ adına diasporun və mətbuat xidmətinin rəhbəri – İsrael.
2.Qerman Hüseynov şair publisist – İsrael.
3.Vaqif Abramov- İsrael.
4.Mişa İlyayev- İsrael.
5.Arif Abramov- İsrael.
6.Fizuli Rzaquliyev- Azərbaycan Respublikası Qarabağ müharibəsi veteranları sovetinin sədri.
7.Orxan Orucov Azərbaycan Respublikası Qarabağ müharibəsi veteranları sovetinin sədr müavini.
8.Rasət Tağıyev Azərbaycan Respublikası Qarabağ müharibəsi veteranları sovetinin Bakı şəhəri Xəzər rayon şöbəsinin sədri.
Ümumiyyətlə bütün dünyada yaşayan Qarabağ müharibəsi veteranları adından sosial media üzərindən sizə müraciətlə bildirmək istəyirik ki,biz ön cəbhədə avanqard dəstə olaraq doğma vətənimiz Azərbaycan Respublikasının işğal edilmiş ərazilərini düşməndən azad etməyə hər an hazırıq və Ali Baş Komandanın əmrini səbrsizliklə gözləyirik.