Prezident İlham Əliyevin sinif yoldaşı dünyasını dəyişdi


Kanal20.az Moderator.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin sinif yoldaşı Cavanşir Vahabov bu gecə 59 yaşında dünyasını dəyişib.  
Xatırladaq ki, mərhum Cavanşir müəllim “Qafqaz-Media” İB-nin sədri Hacı Azadə-Taleh Abbasqızının həyat yoldaşıdır. 
Qeyd edək ki, C.Vahabov içərişəhərli xeyriyyəçi Məmmədəli Vahabovun nəvəsi olub.
Azadə xanıma dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!