Murad Cəfərov: azərbaycanlı olaraq vətəndaşlarımıza dəstək olmağı özümüzə borc bilirik.


1979-cu ildə Bakı şəhərində anadan olmuşam.1995-1999-cu illərdə Qərb universitetinin İşgüzar inzibatçılıq fakültəsini bitirib, 2001-2002-ci illərdə Fransanın Nis şəhərində Alyans Fransaise məktəbində oxumuşam. 2002-2004-cü illərdə isə Azərbaycan dövlət iqtisad unveristetinin Maliyyə və kredit fakültəsini fərqlənmə ilə bitirmişəm. 2007-ci ildən Ukraynanın Kiyev şəhərində yaşayıram. 2014-2016-ci illərdə Türk Şurasının Kiyev regional ofisin koordinatoru olmuşam. 2011-ci ildən Ukrayna Birləşmiş Diasporunun sədr müavini vəzifəsində çalışıram. Rus, ukrayna, fransız və ingilis dillərini bilirəm. Fəaliyyətimin ilk günlərindən başlayaraq hər zaman dövlətçilik ənənələrinə sadiq olaraq, cənab prezidentin uğurlu siyasətini dəstəkləmişəm. Hazırda Ukraynada yaşayıram. Burada çalışıram ki, dövlətimizi layiqincə təmsil edib, erməni cinayətkarlarının müxtəlif zamanlarda xalqımıza qarşı törətdikləri soyqırımları, qətliamları və işğal etdikləri Dağlıq Qarabağ, onun ətrafında olan 7 rayonumuzda tərətdikləri vandalizmi yaşadığım ölkənin ictimayyətinə
çatdırım. Təəssüf ki, bu bütün dünya koronavirus kimi təhlükəli xəstəliklə mübarizə aparır. Bu xəstəlik Ukraynada da geniş yayılıb. Pandemiya dövründə diaspor olaraq cənab İlham Əliyevin çağırışlarına qoşularaq burada yaşayan vətəndaşlarımıza maddi və mənəvi dəstək olmağa çalışırıq. Çünki Azərbaycanlı olaraq vətəndaşlarımıza dəstək olmağı özümə borc bilirəm. Bu işdə bizə Azərbaycanın Ukraynadakı səfirliyi də böyük dəstək olur. Birilisiniz ki, bu yaxınlarda 180 yaxın vətəndaşımız çarter reyisi ilə Azərbaycana yola salındı.Ümid edirəmki,dövlətimiz yaxın günlərdə soydaşlarımızın təxliyyə edilməsi üçün bir təyyarə də göndərəcək.Çünki bir o qədərdə Ukraniyada qalan soydaşımız vətənə qayıtmağı səbirsizliklə gözləyir. Burada qalan digər vətəndaşlara səfirlik və diaspora tərəfindən böyük dəstəklər olunur. Onlar müvəqqəti qalma yerləri və gündəlik qidalarla təmin olunurlar. Bundan əlavə burada yaşayan vətəndaşlarımızın sağlamlığı ilə maraqlanırıq. İnanıram ki, biz birlik olaraq tezliklə bu bəlanın öhtəsindən gələcəyik. Bizə dəstək olan və hər bir vətəndaşına qayğı göstərən cənab prezidentə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Hər zaman vətəndaşının qayğısına qalan cənab prezident və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bu çətin günlərdə bizi tək qoymadı. Vətəninə qayıtmaq istəyənləri çarter reysləri ilə Azərbaycana geri qaytardı. Ukraynada yaşayan vətəndaşlarımızı diqqətdən kənar qoymadılar. Fəxr edirəm ki, dövlətini, xalqını sevən, hər bir vətəndaşının arxasında dayanan və bütün beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil edən dövlət başçısına sahibik.