Keçmiş məhkum narkotiklə tutuldu


Bakı şəhər sakini narkotik ilə tutulub. 

Kanal20.az Oxu.az-a istinadən xəbər verir ki, Xəzər RPİ-nin 2-ci polis şöbəsi və Çevik Polis Alayı əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçirib. 

Nəticədə əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Anar Qocayevin üzərindən yarım kilo heroin aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma davam edir.