İsrail və Livan bir-birinə qarşılıqlı raket zərbələri endirib


İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti bazar ertəsi ölkənin Livanla sərhəddə yerləşən hərbi baza və texnikasına bir neçə tank əleyhinə raket atıldığını bəyan edib.

Kanal20.az TASS-a istinadən xəbər verir ki, bəyanat nazirliyin rəsmi saytında dərc olunub.

Bildirilir ki, hücum Bakı vaxtı ilə 17:20-də baş verib. İsrail hərbçiləri Livanın cənubundakı sərhədyanı hədəflərə cavab atəşi açıb.