“İctimai nəzarət adı altında qeyri-qanuni fəaliyyət göstərən qurum rəhbərləri həbs edilməlidirlər”


Kanal20.az Azerbaycanrealligi.com a istinadən xəbər verir ki, Bu barədə azerses.az saytının baş redaktoru Fərid Abdinov öz Feysbuk səhifəsində hüquq-muhafizə orqanlarına müraciət edərək  yazıb. Fərid Abdinov bildirib ki, “ictimai nəzarət” adı altında qeyri-qanuni fəaliyyət göstərən qurum rəhbərləri  əslində reketliklə məşğul olan keçmişi qaranlıq şəxslərdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycan Respublikasının Baş Prokurorluğu 

Ümumiyyətlə prezident İlham Əliyevin ictimai nəzarət çağırışı çox ciddi fəsadlara yol açdı. Harda dələduz, quldur, yaltaq, simasız adam varsa “ictimai nəzarət”, “ictimai birlik”, “Hərəkat”  adı altında düçar oldu deputatların, icra başçılarının, nazirlərin, nazir müavinlərinin, komitə sədrlərinin canına. Hamısının qorxuduğu tək yer var o da hüquq -muhafizə orqanlarıdır.

Mənim illərim bu tip insanlar ilə keçib. Bu tiplərin nə dövlət sevgisi nə də prezidentə zərrə qədər olsun sədaqətləri var. 14-15 iyul “Orduya dəstək” yürüşündə polis əməkdaşları Milli Məclisi canlı qalxan kimi qoruyanda bunlar hamısı qaçıb dəlmə-deşikdə gizlənmişdi.  Bunların ictimaiyyət anlayışı cibxərcliyi almaq, torpaq, obyekt çırpışdırmaqdan o tərəfə keçmir. Yol yaxın ikən təcili ölkədə hamısının siyahısı tutulmalı, ölkə başçısına real vəziyyət məruzə olunmalı, ianə, yardım, tədbir təşkili, adı ilə aldıqları vəsaitlər aktlaşdırılıb hamısı həbs edilməlidir. 

Jurnalist: Fərid Abdinov