Gəncədə jurnalist olması barədə saxta sənəd hazırlayaraq karantin qaydalarını pozan şəxs saxlanılıb


Kanal20.az xəbər verir ki,Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhər ərazisində xüsusi karantin rejimi ilə əlaqədar xidmət apararkən Kəlbəcər rayon sakini Elnur Alməmmədovun şəhər ərazisinə daxil olması barədə xüsusi icazəsinin olub-olmamasını yoxlayan zaman o, “Liderpress.az” MMC-də işlədiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onun üzərində gəzdirdiyi, həmin müəssisənin xidməti vəsiqəsini polis əməkdaşlarına təqdim etdikdə isə onun saxta olduğu müəyyənləşib. E.Alməmmədov ərazi üzrə polis idarəsinə gətirilib və ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib. Saxlanılan şəxs ifadəsində xüsusi karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisinə sərbəst şəkildə daxil olmaq üçün bu yola əl atdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.