Formula-1 Azərbaycan Qran-Prisinin açılışı oldu – YENİLƏNİB + VİDEO


Bakıda Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib. Əvvəlcə pilotların paradı və açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin – SOCAR Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qalıb.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, ötənilki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət olunurlar.

Əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim edilib.

Açılış mərasiminə Azərbaycan Respublikasının dövlət himninin ifası ilə start verilib.

Dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndirilib. Himni Azərbaycanın Əməkdar artistləri Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli birlikdə, müvafiq olaraq, muğam və klassik üslublarda ifa ediblər. Onları Əməkdar artistlər – tarda Şəhriyar İmanov, nağarada Kamran Kərimov, violonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət ediblər. İfaçılar milli və klassik üslublara aid geyimlərdə meydana çıxıblar.

Dövlət himninin ifa olunmasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.

1

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə keçirilən “Formula 1” SOCAR Azərbaycan Qran Prisi 2019 yarışının açılışı əvvəlkilərdən fərqli olacaq.

saat 15:40-da başlayacaq açılışda əvvəlcə tamaşaçılara builki yarış üçün xüsusi tərtib olunmuş kubok təqdim olunacaq.

Sonra himn mərasiminə start veriləcək. Mərasimdə Azərbaycan dövlət himni tanınmış bəstəkar Azad Vəliyevin yeni aranjimanında səsləndiriləcək. Himn mərasimində Azərbaycan Respublikası hökumətinin yüksək rəsmiləri, “Formula 1” şirkətinin rəhbərliyi və pilotlar iştirak edəcəklər. Pilotları “Gələcəyin ulduzları” adlanan azyaşlılar müşayiət edəcək.

Himni respublikanın əməkdar artistləri Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsli birlikdə müvafiq olaraq muğam və klassik üslüblarında ifa edəcəklər. Onları tarda əməkdar artist Şəhriyar İmanov, nağarada əməkdar artist Kamran Kərimov, voilonçeldə Emin Qaliyev və bəm nağarada Hüsaməddin Əzizov müşayiət edəcəklər. İfaçılar xalq və klassik üslublarına aid geyimdə olacaqlar.