Beynəlxalq Kosmik Stansiyaya keçərkən astronavt başını əzdi – FOTO/VİDEO


ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Crew Dragon” gəmisinin komandiri, astronavt Daqlas Herli Beynəlxalq Kosmik Stansiyaya keçərkən başını əzib.

“RİA Novosti”nin məlumatına görə, bunu NASA-nın nümayəndəsi Stiv Stiç deyib. 

“Bəli, o, başını əzib. Orbitdə bəzən belə hallar olur”, – deyə Stiç bildirib.

O, Herlinin vəziyyətinin yaxşı olduğunu iddia edib. Bununla belə, mənbə xəbər verir ki, BKS-lə rabitə zamanı Herli əli ilə alnını tutub. Bir müddət sonra astronavta salfet uzadılıb və o, vaxtaşırı alnını silməyə başlayıb.

Lakin astronavtın alnında qan görünməyib.