Bakıda polis qadını tapança ilə qətlə yetirib, özü isə intihara cəhd edib


Bu gün – mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabeliyindəki silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirmiş, özü isə intihara cəhd edib.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir. Kanal20.az