Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkələr açıqlandı


2019-cu ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 4,5 dəfə azalıb.

Kanal20.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu dövr ərzində xarici ölkələrə səfər edən azərbaycanlıların sayı 1 milyon 135 min nəfər olub.

Ölkə vətəndaşlarının 29,7 faizi İrana, 26,8 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 15,7 faizi Türkiyəyə, 8,9 faizi isə digər ölkələrə səfər edib.

mazda.azDaha ətraflı

Bu şəxslərin 70,2 faizini kişilər, 29,8 faizini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,5 dəfə, Gürcüstana gedənlərin sayı 4,8 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,2 dəfə, Türkiyəyə  gedənlərin sayı isə 3,3 dəfə azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 74,3 faizi dəmir yolu və avtomobil, 22,9 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Qeyd edilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-oktyabr aylarında gediş-gəliş sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.