“Azərbaycan Mədəniyyəti” sosial şəbəkə platforması Aztv-də Telesəhər verlişinin qonağı oldu – VİDEO


“Azərbaycam Mədəniyyəti”sosial platformasının əməkdaşlarından- platformanın Mətbuat Rəhbəri Fidan Oruc Əliyeva , Təşkilatı işlər üzrə rəhbər Ümidə Kəngərli və platformanın solisti, xanəndəsi Ruhəngiz Musayeva Azərbaycan Dövlət Televiziyasında yayimlanan Tele Səhər proqraminda qonag olub.

Dövlət başçımızın mədəniyyətimizə,incəsənətimizə, muğama qayğısını qeyd etmiş,platformanın məqsəd və məramları çərçivəsində məhz prezidentimizin siyaseti yolunda müsəlləf bir əsgər kimi onun ətrafinda yumruq təki sıx birləşərək Azərbaycanın Mədəniyyətini, onun milli mənəvi dəyərlərini,soy kökünü təbliğ etmək və sosial şəbəkələr vasitəsilə daha geniş kütləyə çatdirmaqla bərabər eyni zamanda gənc nəsillərə milli ruhu,vətənpərliyi aşılamağlarını xüsusilə qeyd edib.

Təşkilati işlər üzrə rəhbər Ümidə xanım isə pandemiya şeraitində belə boş dayanmadıqlarını, online şəkildə zoom konfranslar,görüşlər,tədbirlər keçirdiklərini, əl əxsus da bayram ərəfəsində tək yerli qruplarımız yox,xarici cox üzvlü qruplarimizla işləyən gənclərimizin də aktiv çıxışlarını da vurğulayıb.

Fidan xanım aparıcının sualına cavab olaraq platformanın ən çox diqqət çəkən,baxılan paylaşımları sırasında Cənab Prezident İlham Əliyevin 30 ilə yaxın bir müddətdən sonra işğaldan azad olmuş torpaqlarımızda zəfər abu havalı Novruz tonqalı qalaması videosunun yerli qruplarimizla yanaşı,xarici qruplarımızdakı izləyicilər,gənclər arasında necə böyük maraq doğurduğunu qürur hissiylə xusüsilə vurğulayıb.

Sonda isə gənc xanəndəmiz Ruhangiz Musayeva özünə məxsus ifa tərziylə vətənpərvərlik ruhunda öz nəğmə töhfəsiylə çıxış edib. Kanal20.az