Argentinalı muzdlu snayperçi qızların Meşəlidə törətdiyi qətliam : 25 azərbaycanlı necə öldürüldü?


Heç kimə sirr deyil ki, Dağlıq Qarabağa Ermənistan tərəfindən vuruşan muzdlu hərbçilər, terrorçular azərbaycanlı qocaları, qadın və uşaqları hansısa ideya naminə yox, pul naminə qətlə yetiriblər. Azərbaycanlılara qarşı törədilən bu vəşhiliklərin sirasında Cənubi Amerikadan olan və özlərini «Çöl quşları» adlandıran snayperçi qızların Meşəlidə törətdiyi qətliam da var.

Araşdırmalarımıza görə erməni separatçıların Cənubi Amerika əyalətlərindən dəvət olunmuş muzdlu qrupları Qarabağ ərazəsində bir-birindən fərqli amansız qətllər törədib. Məsələn, 1990-cı il aprelin 24-dən 1991-ci ilin aprelin 24-dək nəşr olunan «Berd xəbərləri» qəzetinin (Kanada) hərbi müxbiri istefada olan mayor Suren Vartanyan yazdığı xəbərdə qeyd edir: «…Berddəki 01261 saylı hərbi qrup artıq hazır idi ki, Dağlıq Qarabağa yola düşsün. Bu azadlıq mücahidlərinə  Argentinadan gələn qızlar da qoşulmuşdu. Bu snayperçi qızların hamısı muzdla tutulmuşdu. Onlar hara gəldiklərini, nə üçün vuruşduqlarını anlamırdılar. Onlar din uğrunda, kilsələrin azadlığı uğrunda vuruşmaq üçün gəlmişdilər. Bu qızların maliyyə xərcləri Kanadada öz işini quran «Erməni Mərkəzi»nə aid idi . Onlar yaxşı vuruşurdular. Mən onların Əsgəranda, Meşəli ərazisindəki döyüşlərinin şahidi oldum. Mən bütün bunlar haqqında əlavə olaraq Axalkalakidəki «Ermənilərin birlik konfransı»nda məlumat verdim…».
 Meşəli kəndinə basqın edən bu vəhşi qrup heç kəsə aman vermədi. Məlumata görə Meşəlidə snayperlərini işə salan bu «Çöl quşları» (qrup özünə ad qoymuşdu) 25 nəfərin qətlinə fərman verdi: