ADA Universitetində “Gənclər üçün Danış” forumu keçirilib.


Kanal20.az xəbər verir ki, 2 Fevral- Gənclər Gününə həsr olunmuş, ADA Universitetinin nəzdində fəaliyyət göstərən “Gənclər üçün danış” tələbə təşkilatı tərəfindən ərsəyə gətirilmiş, “Gənclər üçün Danış” Forumu baş tutmuşdur. Forumda 80-ə yaxın tələbə və 7 spiker qonaq iştirak etmişdir. Forum “Gənclər üçün Danış” tələbə təşkilatının rəhbəri Əli Məmmədov tərəfindən başladılmış, və GenderHub Azerbaijanın yaradıcısı Məryəm Məcidova, ADA Könüllülər Hərəkatının rəhbəri Fatma İsayeva-Abdullazadə, TRT World tədqiqatçısı Turan Qafarlı, AIESEC Təşkilatının vitse-presidenti Əkbər Gülalıyev, ESN Azerbaijanın Təhsil departamentinin üzvü Bəxtiyar Salmanov, Turizm Könüllülər Təşkilatının tədqiqat departamentinin rəhbəri Mirkənan Mənsurzadə və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Rəvanə Quliyeva kimi spiker qonaqlar tərəfindən davam etmişdir. Hər bir spiker maraqlı mövzular və təmsil etdiyi təşkilatın gənclərə təklif etdiyi imkanlar, layihələr, və gələcək məqsədləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdilər.

“Gənclər üçün Danış” tələbə təşkilatı ADA Universiteti daxilində 28 Dekabr 2020 ci ildən fəaliyyətə başlamışdır. Təşkilatın ilk rəsmi tədbiri uğurlu şəkildə başa vurulmuşdur.

Məlumat üçün : [email protected]