130 vətəndaşımız Rusiyadan təxliyyə edildi – YENİLƏNİB


Rusiyadan təxliyyə edilən 130 Azərbaycan vətəndaşı iki ölkənin sərhədini keçib.

Report xəbər verir ki, həmin şəxslər qaydalara uyğun olaraq karantinə yerləşdiriliblər.

Azərbaycan nümayəndə heyəti dünən Rusiyanın Dərbənd şəhərində olub.Golos-vremeni.ru xəbər verir ki, heyət tərəfindən Rusiya-Azərbaycan sərhədində qalan azərbaycanlıların siyahısı dəqiqləşdirilib.

Bu gün 120 Azərbaycan vətəndaşı Rusiyadan vətənə yola düşür.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlanılması nəticəsində Azərbaycan vətəndaşları Rusiya ilə sərhəddə qalıb. Azərbaycan hökuməti vətəndaşların ölkəyə qayıtmasını təmin edir.